Ev TexnologiyaABŞ-dan Türkiyə ilə bağlı sürpriz addım: F-35 qapısı yenidən açılır?

ABŞ-dan Türkiyə ilə bağlı sürpriz addım: F-35 qapısı yenidən açılır?

by Baş Redaktor
42 Baxış

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışı ilə bağlı yeni addım atmağa hazırlaşdığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Tramp bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun satışa yaşıl işıq yandırmağa hazır olduğu mesajını verə bilər.

Bu qərarın hansı hüquqi mexanizmlə həyata keçiriləcəyi və Konqresin Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərin necə aradan qaldırılacağı hələ dəqiqləşməyib.

banner

Qəzet yazır ki, Ağ Evdəki bəzi mənbələr Türkiyənin F-35 proqramına yenidən qoşulması prosesinin iki ölkə lideri arasında rəsmi məktub mübadiləsi ilə başlaya biləcəyini istisna etmirlər.

Əlaqəli Yazılar Xüsusi