40
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Zelenski sammitdə iştirak etmək məqsədilə Ankaraya səfər edib. Ukrayna liderinin toplantı çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.