Ev Ekspert rəyiABŞ Türkiyəni belə aldatdı : 2 milyard dollar yoxa çıxıb?

ABŞ Türkiyəni belə aldatdı : 2 milyard dollar yoxa çıxıb?

by Baş Redaktor
51 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ı Türkiyəyə müasir hərbi texnologiyaların satışına icazə verməməyə çağırıb. O bildirib ki, Vaşinqton Ankaraya F-35 “Lightning II” qırıcılarının və F110 reaktiv mühərriklərinin satışını həyata keçirməməlidir.“The New York Times” qəzetinin yaydığı məlumata görə isə ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışı ilə bağlı yeni addım atmağa hazırlaşdığı iddia olunur.

Həmin qırıcılar Türkiyəyə veriləcəkmi? Verilməsi fonunda nələrin baş verməsi gözlənilir?

Army.az-a danışan politoloq Turab Rzayev deyib ki, Türkiyəyə F-35 qırıcılarının verilməsi, eləcə də F-16 təyyarələrinin modernizasiyası və yeni modernləşdirilmiş F-16-ların satışı məsələsi uzun müddətdir gündəmdədir:

“Bu prosesin uzanmasına səbəb olan bir neçə əsas amil var.

banner

Bunlardan biri Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasıdır. Digər səbəb isə Türkiyənin Suriya, Qafqaz, Balkanlar və Şərqi Aralıq dənizində həyata keçirdiyi regional siyasət və ambisiyalardır. Bu siyasət ABŞ-dakı bəzi siyasi dairələrin, eləcə də Vaşinqtonda güclü təsir imkanlarına malik İsrail tərəfdarlarının narazılığı ilə qarşılanır.

Digər mühüm amil İsrailin mövqeyidir. İsrail bölgədə F-35 qırıcılarına malik yeganə ölkə olaraq qalmaq istəyir. Hətta Səudiyyə Ərəbistanının belə bu təyyarələri əldə etməsinə ehtiyatla yanaşırdı. Baxmayaraq ki, Qəzza müharibəsinə qədər Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılırdı.

Turab Rzayev

Bütün bunların fonunda ABŞ bu məsələni Türkiyəyə siyasi təzyiq vasitəsi kimi də istifadə edir. F-35 və F-16-ların verilməsi məsələsi hər dəfə gündəmə gəldikdə, Vaşinqton Ankaradan müəyyən güzəştlər əldə etməyə və ya müxtəlif şərtlərin yerinə yetirilməsini tələb etməyə çalışır. Bəzən isə yeni şərtlər irəli sürülür.

Hazırda da Türkiyənin Rusiya ilə iqtisadi və digər sahələrdə əməkdaşlığı səbəbindən bu silahların Ankaraya verilməsinə qarşı çıxan qüvvələrin mövcud olduğu görünür.

Lakin F-35 məsələsi iki tərəfi kəsən qılınc kimi qiymətləndirilə bilər. Çünki Türkiyəyə bu təyyarələrin verilməməsi Ankaranı alternativ bazarlara və digər istehsalçılara yönəldə bilər. Türkiyə müxtəlif ölkələrin hava hücumundan müdafiə sistemlərini və döyüş təyyarələrini qiymətləndirə, gələcəkdə həmin ölkələrlə əməkdaşlığı genişləndirə bilər.

Belə olan halda ABŞ həm böyük həcmdə silah ala biləcək mühüm bir müştərisini itirmək riski ilə üzləşər, həm də F-35 proqramına mənfi təsir göstərə bilər. Çünki F-35 təyyarələrinin bəzi komponentləri Türkiyədə istehsal olunur və Ankara bu proqramın iştirakçılarından biridir. Bundan əlavə, Türkiyə layihəyə təxminən 2 milyard dollara yaxın vəsait yatırıb.

Bu səbəbdən Türkiyənin uzun müddət proqramdan kənarda saxlanılması və ya tamamilə çıxarılması həm Türkiyə müdafiə sənayesinin alternativ istiqamətlərə yönəlməsinə, həm də ABŞ-ın maraqlarına mənfi təsir göstərə bilər. Buna görə də Vaşinqton bu məsələdə tam sərt mövqe nümayiş etdirə bilmir”.

Əlaqəli Yazılar Xüsusi