Ukrayna Prezidenti Volodimir Zelenski üçün hərbi əməliyyatların davam etməsi hakimiyyətini və şəxsi təhlükəsizliyini qorumağın yeganə yolu hesab olunur.
Army.az xəbər verir ki, bunu politoloq Boqdan Bezpalko deyib.
Bezpalkonun fikrincə, məhz buna görə Zelenski ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü iddia olunan sülh planını qəbul etməyib.
“Hazırda Zelenski Avropa İttifaqı ölkələrinin dəstəyinə arxalanaraq, strateji üstünlük əldə edə bilməsə belə, hərbi əməliyyatları uzun müddət davam etdirməyə ümid edir. Ukrayna ordusunun irəliləyişi müşahidə olunmur. Bununla belə, o hesab edir ki, qarşıdurma illərlə uzana bilər və bu müddətdə öz təhlükəsizliyini təmin edə bilər”, – deyə rusiyalı politoloq bildirib.
