Ev DünyaMacarıstan Baş naziri: Zelenski ilə görüş barədə razılığa gəldik

Macarıstan Baş naziri: Zelenski ilə görüş barədə razılığa gəldik

by Baş Redaktor
109 Baxış

Macarıstanın Baş naziri Peter Magyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın zamanda görüş keçirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Magyarın sözlərinə görə, o, NATO Zirvəsinin açılış mərasimindən əvvəl Ankarada Zelenski ilə qısa görüş keçirib.

Macarıstan hökumətinin başçısı bildirib ki, tərəflər növbəti görüşün təşkili ilə bağlı razılıq əldə ediblər.

banner

“Yaxın vaxtlarda görüşəcəyimiz barədə razılaşdıq. İlk görüşü Budapeştdə və ya Kiyevdə keçirəcəyik. Daha sonra isə birlikdə Zakarpatya vilayətinin Bereqovo şəhərinə səfər edəcəyik”, – deyə Magyar bildirib.

Əlaqəli Yazılar Xüsusi