Ev TexnologiyaTürkiyənin S-400-ləri Körfəzə gedir?

Türkiyənin S-400-ləri Körfəzə gedir?

by Baş Redaktor
44 Baxış

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin Fars körfəzi ölkələrindən birinə satıldığı iddia edilib.

Army.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşrin köşə yazarı Abdülkadir Selvi bildirib ki, sövdələşmə artıq başa çatıb və bununla bağlı rəsmi açıqlamanın gün ərzində veriləcəyi gözlənilir.

İddiaya görə, S-400 sistemləri Fars körfəzi regionunda yerləşən ölkələrdən birinə təhvil veriləcək. Potensial alıcılar sırasında Birləşmiş Ərəb ƏmirlikləriQətər göstərilsə də, qəzet yekun təsdiq üçün rəsmi açıqlamanın gözlənilməsini tövsiyə edib.

banner

Türkiyə rəsmiləri isə yayılan məlumatlarla bağlı hələlik hər hansı şərh verməyiblər.

Əlaqəli Yazılar Xüsusi