Ev Hərbi XəbərlərForbes: Rusiya NATO ilə böyük müharibəyə hazırlaşır

Forbes: Rusiya NATO ilə böyük müharibəyə hazırlaşır

by Baş Redaktor
61 Baxış

Rusiyanın pilotsuz uçuş aparatları üzrə mütəxəssisləri mümkün NATO ilə genişmiqyaslı qarşıdurma ssenarilərinə hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.

Bildirilib ki, avqust ayında Rusiyada keçiriləcək ənənəvi “Dronnitsa” forumu bu il genişmiqyaslı müharibə ssenarilərinə həsr olunacaq. Rusiyanın PUA proqramlarını araşdıran ekspert Samuel Bendett bildirib ki, tədbirdə hərbçilər və istehsalçılar Ukrayna müharibəsində əldə olunan təcrübəni təhlil edəcək, pilotsuz aparatların tətbiqi ilə bağlı yeni taktika və texnologiyalar müzakirə olunacaq.

Nəşrin yazdığına görə, forum çərçivəsində əsas diqqət Qərb istehsalı olan zirehli texnikaya, hava hücumundan müdafiə sistemlərinə və hərbi aviabazalara qarşı PUA-ların istifadəsinə yönələcək.

banner

Analitiklərin iddiasına görə, Rusiya bu dövlətlərlə sərhəd yaxınlığında yeni iri hərbi bazalar inşa edir və həmin obyektlərdə gələcəkdə 100 mindən çox hərbçinin yerləşdirilməsi mümkün ola bilər.

Əlaqəli Yazılar Xüsusi