Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara ilə Təl-Əviv arasında açıq hərbi və ya siyasi qarşıdurmanı zəruri edən heç bir obyektiv səbəb mövcud deyil.
Army.az xəbər verir ki, bu barədə The National nəşri məlumat yayıb.
Nazirin sözlərinə görə, İsraildə hələ də strateji düşünən və hadisələrə daha praqmatik yanaşan siyasi dairələr var. O hesab edir ki, bu şəxslərin mövqeyi Baş nazir Benyamin Netanyahu və onun yaxın çevrəsinin yanaşması ilə üst-üstə düşmür.
Fidan iddia edib ki, seçkilər yaxınlaşdıqca Netanyahu və komandası ictimai dəstəyi qorumaq üçün yeni rəqib obrazı formalaşdırmağa çalışır.
Onun fikrincə, HƏMAS, “Hizbullah” və İranla qarşıdurmalardan sonra bu məqsədlə növbəti hədəf kimi Türkiyə göstərilməyə çalışılır.
