Ev Hərbi XəbərlərUkrayna Donetskdəki Rusiya poliqonunu vurdu

Ukrayna Donetskdəki Rusiya poliqonunu vurdu

by Baş Redaktor
113 Baxış

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Rusiyanın “Kalmiuske” ümumqoşun təlim poliqonuna zərbə endirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamaya görə, əməliyyat Rusiyanın hücum imkanlarını zəiflətmək məqsədilə həyata keçirilib. Bildirilib ki, 10 iyul və 11 iyul gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmənin bir sıra mühüm hərbi obyektlərini hədəfə alıb.

Baş Qərargahın məlumatına əsasən, Donetsk vilayətinin Dokuçayevsk rayonu ərazisində yerləşən “Kalmiuske” poliqonuna endirilən zərbənin nəticələri hazırda dəqiqləşdirilir.

banner

Əlaqəli Yazılar Xüsusi