Avropa İttifaqı (Aİ) ilə Bəhreyn arasında yeni Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə rəsmi danışıqlara start verilib.
Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Kallas “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Avropanın Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Aİ ilə Bəhreyn arasında yeni strateji saziş üzrə danışıqların başlandığını bildirib.
O qeyd edib ki, Fars körfəzi regionu hazırda qlobal geosiyasi proseslərdə mühüm rol oynayır. Bu səbəbdən tərəflər qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək və strateji münasibətləri möhkəmləndirmək niyyətindədirlər.
