ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi növbəti hərbi əməliyyatı yekunlaşdırıb. Rəsmi məlumata görə, əməliyyat zamanı çoxsaylı hədəflərə zərbələr endirilib.
Army.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat ABŞ-nin şərq sahili vaxtı ilə iyulun 14-də saat 22:00-da (Bakı vaxtı ilə iyulun 15-də saat 06:00) başa çatıb. Zərbələrin əsasən Hörmüz boğazı ətrafındakı və İranın sahil bölgələrində yerləşən obyektlərə yönəldiyi qeyd olunub.