İran Silahlı Qüvvələri ABŞ tərəfindən ölkənin cənub-şərqində yerləşən hərbi obyektlərə endirilən zərbələr nəticəsində yeddi hərbçinin həyatını itirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, İran mediasının yaydığı məlumata əsasən, hadisə zamanı ölənlər arasında İranşəhr bölgəsindəki 388-ci briqadanın zabitləri və müddətli hərbi xidmət keçən şəxslər də olub.
İran ordusunun açıqlamasında bildirilir ki, ABŞ qüvvələri çərşənbə günü səhər saatlarında Bempur şəhərində yerləşən hərbi obyektləri hədəfə alıb. Məlumata görə, hücum zamanı ümumilikdə 13 raketdən istifadə edilib.
Tehran tərəfi zərbələrin nəticələri ilə bağlı məlumatları açıqlayaraq itkilərin hərbi qulluqçular arasında olduğunu bildirib
