Ev TexnologiyaBöyük Britaniyanın AW149 helikopterləri GE mühərrikləri ilə təchiz ediləcək

Böyük Britaniyanın AW149 helikopterləri GE mühərrikləri ilə təchiz ediləcək

by Baş Redaktor
7 Baxış

“GE Aerospace” şirkətinin istehsalı olan CT7-2E1 mühərrikləri Böyük Britaniyanın Yeni Orta Sinif Helikopter proqramı çərçivəsində alınacaq AW149 çoxfunksiyalı helikopterlərdə quraşdırılacaq.

Army.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, imzalanmış müqavilə 23 ədəd AW149 helikopterinin mühərrik təminatını, ehtiyat güc qurğularını, zəruri ehtiyat hissələrini, eləcə də uzunmüddətli texniki xidmət və logistika dəstəyini nəzərdə tutur.

Bildirilib ki, AW149 helikopterləri gələcəkdə Böyük Britaniya Silahlı Qüvvələrinin orta sinif çoxməqsədli hava platforması kimi istifadə olunacaq.

Əlaqəli Yazılar Xüsusi