İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya və Küveyt ərazisində yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını hədəf seçib.
İranın “Mehr” agentliyi hücum nəticəsində bazanın rabitə infrastrukturu və yanacaq ehtiyatlarının yerləşdiyi obyektlərin vurulduğunu iddia edib.
Bundan əlavə, “Press TV”nin yaydığı xəbərə əsasən, “Nəsr-2” əməliyyatının səkkizinci mərhələsi çərçivəsində Küveytdə yerləşən ABŞ-ın Əli əl-Salim aviabazası da zərbəyə məruz qalıb.
