Ev Hərbi XəbərlərReuters: İran husilərə Bab əl-Məndəb boğazını bağlamağa hazır olmağı tapşırıb

Reuters: İran husilərə Bab əl-Məndəb boğazını bağlamağa hazır olmağı tapşırıb

by Baş Redaktor
21 Baxış

İranın enerji infrastrukturuna mümkün hücum baş verəcəyi halda, Tehran Yəməndəki husi hərəkatına Bab əl-Məndəb boğazının bağlanmasına hazır olmağı tapşırdığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, məsələ İran rəhbərliyi daxilində müzakirə edilib və müvafiq göstəriş husilərə çatdırılıb.

Lakin bu mesajın ABŞ Prezidenti Donald Trampın İranın enerji obyektlərinə zərbə ilə bağlı bəyanatından əvvəl, yoxsa sonra verildiyi dəqiqləşdirilməyib.

banner

Husilərə yaxın olduğu bildirilən başqa bir mənbənin sözlərinə görə, Bab əl-Məndəb boğazı ətrafında raket və pilotsuz uçuş aparatları yerləşdirilib. Bildirilir ki, boğazın bağlanması üçün hazırlıq işləri tamamlanıb və yalnız müvafiq əmrin verilməsi gözlənilir.

Əlaqəli Yazılar Xüsusi