Ev Hərbi Xəbərlər“Mehr”: ABŞ İranın Qeşm adasını raketlərlə hədəfə alıb

“Mehr”: ABŞ İranın Qeşm adasını raketlərlə hədəfə alıb

by Baş Redaktor
8 Baxış

ABŞ-ın İranın Qeşm adasına növbəti raket zərbələri endirdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı vaxtı ilə saat 18:10 radələrində Qeşm adası yaxınlığında yerləşən bir neçə obyekt Amerika raketlərinin hədəfinə çevrilib.

Agentlik qeyd edir ki, hücumun nəticələri ilə bağlı ətraflı məlumat hadisə yerində ilkin qiymətləndirmə başa çatdıqdan sonra açıqlanacaq.

banner

Xatırladaq ki, bundan əvvəl ABŞ və İran hərbi qüvvələrinin Fars körfəzində yerləşən Qeşm və Henqam adaları yaxınlığında dəniz qarşıdurmasına girdiyi barədə də məlumatlar yayılmışdı.

Əlaqəli Yazılar Xüsusi