Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun vəzifəsindən uzaqlaşdırılması NATO nümayəndələri arasında gözlənilməz qarşılanıb.
Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Adının açıqlanmasını istəməyən NATO rəsmilərindən biri bildirib ki, Fedorovun fəaliyyətindən razı idilər və onun postunu tərk edəcəyini gözləmirdilər.
“Biz onun işindən çox məmnun idik. O, vəzifəsini çox uğurla yerinə yetirirdi. Fedorovun müdafiə naziri kimi fəaliyyətini dayandıracağını düşünmürdük”, – deyə alyans nümayəndəsi qeyd edib.
Avropanın müdafiə sahəsində çalışan yüksək rütbəli məmurlarından biri də Fedorovun fəaliyyətini yüksək qiymətləndirərək onu texnologiya sahəsində güclü biliklərə malik, müasir yanaşmaları ilə seçilən mütəxəssis kimi xarakterizə edib.
