ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran tərəfindən ona ABŞ nümayəndələrinin Tehranla aparılan danışıqlar zamanı əldə etdikləri məlumatlardan maliyyə məqsədləri üçün istifadə etdikləri barədə xəbərdarlıq göndərildiyi iddialarını rədd edib.
Army.az xəbər verir ki, Vens bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O, “Drop Site News” portalında yayımlanan məqaləyə münasibət bildirərək belə bir məlumat almadığını və sözügedən iddianın həqiqəti əks etdirmədiyini qeyd edib.
Məqalədə iddia olunurdu ki, iyun ayında İsveçrədə keçirilən məsləhətləşmələr zamanı İran nümayəndələri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin danışıqlardakı rolundan istifadə edərək maliyyə bazarlarında üstünlük əldə etməyə çalışa biləcəkləri barədə xəbərdarlıq ediblər.
İddialara görə, söhbət mümkün razılaşmadan əvvəl əldə olunan məlumatlardan yararlanmaq ehtimalından gedib.
