Ev TexnologiyaUkrayna yerli ballistik raketini növbəti dəfə uğurla sınaqdan keçirdi

Ukrayna yerli ballistik raketini növbəti dəfə uğurla sınaqdan keçirdi

by Baş Redaktor
14 Baxış

Ukrayna istehsalı olan ballistik raket növbəti dəfə uğurla sınaqdan keçirilib. Maraqlıdır ki, sınaq ölkədə hökumətin istefaya göndərildiyi gün baş tutub.

Army.az xəbər verir ki, bu barədə vəzifəsindən ayrılan Ukraynanın müdafiə naziri Mixaylo Fedorov açıqlama verib.

Onun sözlərinə görə, yerli mütəxəssislər tərəfindən hazırlanan ballistik raketin növbəti sınağı 2026-cı il iyulun 14-də uğurla tamamlanıb.

Fedorov qeyd edib ki, həmin tarix Prezident Volodimir Zelenskinin hökumətdə genişmiqyaslı kadr dəyişiklikləri apardığı və Nazirlər Kabinetinin istefaya göndərildiyi günlə eyni vaxta təsadüf edib.

banner

Əlaqəli Yazılar Xüsusi