Ermənistan Prezidenti Vahaqn Xaçatryan Fransanın Milli Bayramı – Bastiliyanın alınması günü münasibətilə İrəvandakı Fransa səfirliyinə baş çəkib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı tərəflər Zəngəzur bölgəsində Fransanın dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.
Layihələrin icrası həm mərkəzi hökumət, həm də yerli idarəetmə orqanları səviyyəsində müzakirə mövzusu olub.Bundan başqa, tərəflər müdafiə sənayesi, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
