Ev Ekspert rəyiMiroşnik Kiyevi hədələdi: “Ayrıca təşəkkür olacaq”

Miroşnik Kiyevi hədələdi: “Ayrıca təşəkkür olacaq”

by Baş Redaktor
32 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynanın Moskva regionuna kütləvi PUA hücumundan sonra Kiyevə qarşı sərt ifadələr işlədib.

Army.az xəbər verir ki, o, “Telegram” kanalında paylaşım edərək Ukraynanın gecə saatlarında həyata keçirdiyi hücumun Moskvanı hədəf aldığını bildirib və Kiyevə “ayrıca təşəkkür” ediləcəyini deyib.

Miroşnikin sözlərinə görə, Moskva istiqamətində saat 20:30-dan 05:00-dək 400-dən çox pilotsuz uçuş aparatı hərəkət edib. O, belə sayda PUA-nın “nəhəng armada” olduğunu qeyd edib və Rusiya hava hücumundan müdafiə sistemlərinin hücumun qarşısını aldığını iddia edib.

Əlaqəli Yazılar Xüsusi