Ev Hərbi XəbərlərABŞ İranla genişmiqyaslı müharibəyə hazırlaşır – KİV

ABŞ İranla genişmiqyaslı müharibəyə hazırlaşır – KİV

by Baş Redaktor
33 Baxış

İraqda amerikalı hərbçinin həlak olmasından sonra ABŞ administrasiyasının İranla qarşıdurmanı genişləndirmək variantlarını nəzərdən keçirdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, İraqda ABŞ hərbçisinin ölümü Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların miqyasının artırılması ilə bağlı müzakirələri sürətləndirib. Mənbələr administrasiyanın Tehranla mümkün genişmiqyaslı hərbi qarşıdurma ssenarilərini müzakirə etdiyini bildiriblər.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İraqda qəzaya uğramış İran PUA-sının zərərsizləşdirilməsi əməliyyatı zamanı bir amerikalı hərbçinin öldüyünü açıqlamışdı.

banner

Əlaqəli Yazılar Xüsusi