Ev TexnologiyaRusiyanın PUA-lara qarşı yeni silahı: “Perun”un gizli zəifliyi

Rusiyanın PUA-lara qarşı yeni silahı: “Perun”un gizli zəifliyi

by Baş Redaktor
36 Baxış

Rusiya Ukraynanın pilotsuz uçuş aparatlarına qarşı istifadə etməyi planlaşdırdığı yeni “Perun” lazer kompleksinin sınaqlarına başlayıb. Bununla belə, analitiklər sistemin ciddi zəif cəhətlərinin olduğunu bildirirlər.

Army.az-ın məlumatına görə, bu barədə “Defence Express” yazıb.

Məlumata əsasən, “Svaroq” elmi-tədqiqat mərkəzinin hazırladığı “Perun” kompleksi həm mobil atəş qruplarının, həm də sabit obyektlərin müdafiəsi üçün nəzərdə tutulub.

Nəşr qeyd edir ki, Ukraynanın FP-1 və An-196 “Lyutıy” tipli kamikadze PUA-ları ilə Rusiyanın neft emalı zavodlarına və digər strateji obyektlərinə hücumların intensivləşməsi fonunda belə sistemlər Moskva üçün xüsusi əhəmiyyət kəsb edir.

banner

Hazırlayıcıların iddiasına görə, “Perun”un əsas üstünlüklərindən biri istismar xərclərinin aşağı olmasıdır. Bildirilir ki, lazer şüasının 10 saniyəlik istifadəsi, yəni bir “atəş”, təxminən 2,5 ABŞ dollarına və ya 205 rubla başa gəlir.

Əlaqəli Yazılar Xüsusi