İsveçrə uzun illərdir istifadə olunan M109 özüyeriyən artilleriya sistemlərini yeniləmə qərarı verib və bununla bağlı Almaniyanın KNDS “Deutschland” şirkəti ilə tədarük müqaviləsi bağlayıb.
Army.az xəbər verir ki, bu barədə İsveçrə Federal Müdafiə Təchizatı Ofisi məlumat yayıb.
Bildirilib ki, ölkənin artilleriya parkının modernləşdirilməsi çərçivəsində yeni nəsil həllərin alınması planlaşdırılır.
Yeni sistem olaraq KNDS tərəfindən hazırlanan AGM (Artillery Gun Module) modulu seçilib. Bu texnologiyanın İsveçrənin “GDELS-Mowag” şirkətinin istehsal etdiyi “Piranha IV” platformasına inteqrasiya edilməsi nəzərdə tutulur.
Layihə İsveçrə Ordusunun 2025-ci il Silahlı Qüvvələr Proqramı daxilində həyata keçirilən “Artilleriya Silah Platforması və Sursat 2026” təşəbbüsünün əsas mərhələlərindən biri kimi qiymətləndirilir.
