Ukraynanın pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi zərbələrdən sonra Krımda enerji və kommunal təminat sahəsində ciddi problemlərin yarandığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, yaz aylarından etibarən Ukraynanın yarımadaya endirdiyi hücumlardan sonra Rusiya vətəndaşları Krımdakı istirahət məkanları üzrə əvvəlcədən etdikləri bronları ləğv etməyə başlayıblar.
Məqalədə qeyd olunur ki, sonradan bölgədə yanacaq qıtlığı yaranıb və bu da ərzaqla yanaşı digər zəruri məhsulların daşınmasını çətinləşdirib. Hazırda isə Krımın bir çox yaşayış məntəqəsində gün ərzində uzunmüddətli elektrik və su kəsintilərinin müşahidə olunduğu bildirilir.
