Ev Hərbi XəbərlərYaxın Şərqdə müdafiə böhranı: Səudiyyə Ərəbistanı kömək istəyir

Yaxın Şərqdə müdafiə böhranı: Səudiyyə Ərəbistanı kömək istəyir

by Baş Redaktor
11 Baxış

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərində istifadə olunan raket-tutucuların ehtiyatı ilə bağlı ciddi problem yaranıb.Ölkənin raket-tutucu arsenalı kritik səviyyəyədək azalıb.

Army.az xəbər verir ki, “Associated Press” (AP) bu barədə Yaxın Şərqdəki rəsmilərə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ər-Riyad Yəməndəki “Ənsar Allah” hərəkatının raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların qarşısının alınması üçün bir sıra ölkələrdən dəstək istəyib. Səudiyyə Ərəbistanının bu məqsədlə Böyük Britaniya, Misir, Pakistan və Fransaya müraciət etdiyi qeyd olunur.

AP-nin məlumatına əsasən, yaranmış vəziyyətin əsas səbəblərindən biri Səudiyyə Ərəbistanının əsas hərbi tərəfdaşı olan ABŞ-ın öz raket-tutucu ehtiyatlarında da azalma ilə üzləşməsidir. İranla müharibənin yaratdığı hərbi yük fonunda Vaşinqtonun ehtiyatlarının azalması Ər-Riyadı alternativ müdafiə dəstəyi axtarmağa sövq edib.

banner

Əlaqəli Yazılar Xüsusi