Ev Hərbi XəbərlərLivan ordusundan İsrailə çağırış: “Hücumları dayandırın”

Livan ordusundan İsrailə çağırış: “Hücumları dayandırın”

by Baş Redaktor
27 Baxış

Livan ordusu İsraili ölkə ərazisindəki hücumları və hərbi pozuntuları dayandırmağa, yaranmış problemlərin həlli üçün mövcud koordinasiya mexanizmlərindən istifadə etməyə çağırıb.

Army.az xəbər verir ki, bu barədə Livan ordusunun yaydığı bəyanatda bildirilib.

Bəyanatda İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatların dayandırılmasının vacibliyi vurğulanıb.

Livan ordusu qeyd edib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilə əməkdaşlıq çərçivəsində yaradılmış təsdiqlənmiş hərbi koordinasiya kanalları təhlükəsizlik və əməliyyat məsələlərinin müzakirəsi üçün ən uyğun platformadır.

banner

Bildirilib ki, bu mexanizmlərdən istifadə mülki əhali və infrastruktura təhlükə yaradan hərbi fəaliyyətlərin qarşısının alınmasına kömək edə bilər.

Əlaqəli Yazılar Xüsusi