Fars körfəzi, Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik üçün risklər artır.
Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Fars körfəzi bölgəsində gərginlik getdikcə yüksəlir və tərəflər qarşılıqlı hücumlarını davam etdirir. Nəticədə İran və ərəb ölkələrində mülki infrastruktura ciddi ziyan dəyir.
Zaxarova qeyd edib ki, bölgədəki gərginlik fonunda Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik üçün təhlükələr də artmaqdadır.
