Ev TexnologiyaUkrayna GPS-dən asılılığı aradan qaldırır – Yeni PUA sistemi tətbiq olunur

Ukrayna GPS-dən asılılığı aradan qaldırır – Yeni PUA sistemi tətbiq olunur

by Baş Redaktor
56 Baxış

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) peyk naviqasiyasından asılı olmadan fəaliyyət göstərə bilməsi üçün hazırlanmış yerüstü naviqasiya mayakları sistemini ölkə üzrə tətbiq etməyi planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Komandanının müavini Andrey Lebedenko keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yeni sistem hazırda pilot layihə çərçivəsində Sumı və Xarkov vilayətlərində sınaqdan keçirilir və yüksək səmərəlilik nümayiş etdirir.

Lebedenko qeyd edib ki, pilot mərhələsində əldə olunan müsbət nəticələr nəzərə alınaraq, yerüstü naviqasiya mayakları şəbəkəsinin yaxın vaxtlarda Ukraynanın bütün ərazisində mərhələli şəkildə tətbiqi planlaşdırılır.

banner

Əlaqəli Yazılar Xüsusi