Ev DünyaBaxçalıdan sensasion iddia: CHP-dən yeni partiya yaranır

Baxçalıdan sensasion iddia: CHP-dən yeni partiya yaranır

by Baş Redaktor
53 Baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin yeni siyasi partiya yaradacağı ilə bağlı yayılan iddiaları dəyərləndirib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Baxçalı bildirib ki, CHP daxilində yeni partiyanın formalaşacağına dair siqnallar uzun müddətdir müşahidə olunurdu.

MHP liderinin sözlərinə görə, yeni siyasi təşkilata CHP sıralarından neçə deputatın qoşulacağı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

banner

“CHP-nin daxilindən yeni bir partiya yaranır və bunun əlamətləri artıq uzun müddətdir görünürdü. Yeni partiyaya neçə deputatın keçəcəyi barədə fərqli siyahılar dolaşır. Bəziləri 80, digərləri isə 90 deputatın həmin partiyaya qoşulacağını iddia edir”, – deyə Dövlət Baxçalı bildirib.

Əlaqəli Yazılar Xüsusi