Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasətdə, o cümlədən siyasi sahədə müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduğunu bildirib.
Army.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Rusiya bu yanaşmanı problem kimi qiymətləndirir.
“Onlar hesab edirlər ki, münasibətlər ya eksklüziv xarakter daşımalıdır, ya da ümumiyyətlə olmamalıdır. Biz isə bu mövqeni qəbul etmirik”, – deyə Ermənistanın Baş naziri bildirib.
Qeyd edək ki, Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsi ilə bağlı narahatlıqlarını rəsmi şəkildə İrəvana çatdırıblar.
