Ukraynanın paytaxtı Kiyevdə ölkənin keçmiş müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılmasına etiraz olaraq kütləvi aksiya keçirilib.
Army.az xəbər verir ki, aksiyada minlərlə insan iştirak etsə də, etirazçıların dəqiq sayı açıqlanmayıb.
Yürüş iştirakçıları Taras Şevçenko abidəsindən İvan Franko meydanına qədər hərəkət edərək Mixaylo Fedorovun yenidən müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb ediblər.
Etirazçılar hökumətin son kadr dəyişiklikləri ilə razı olmadıqlarını bildirərək qəbul edilən qərarların yenidən nəzərdən keçirilməsini istəyiblər.
