42
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə yeni kadr təyinatı həyata keçirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Baş nazirin imzaladığı qərara əsasən, ölkənin ABŞ-dakı keçmiş səfiri Lilit Makunts bundan sonra Baş nazir Aparatının rəhbəri vəzifəsini icra edəcək.
Bu posta indiyədək rəhbərlik edən Araik Arutyunyan isə hakim Mülki Müqavilə Partiyasının siyahısından parlamentə deputat seçildiyi üçün vəzifəsindən ayrılıb.
