Ev DünyaTramp: Avropanı çətin vəziyyətə salan iki əsas amil var

Tramp: Avropanı çətin vəziyyətə salan iki əsas amil var

by Baş Redaktor
32 Baxış

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Avropanın hazırda üzləşdiyi ən ciddi problemlərdən biri qeyri-qanuni miqrasiya, digəri isə enerji siyasətidir.

Army.az xəbər verir ki, Tramp bu fikirləri Ağ evdə media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. O bildirib ki, Avropanın çətinliklərinin əsas səbəbləri məhz bu iki istiqamətdəki problemlərlə bağlıdır və qeyri-qanuni miqrasiya axınının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Enerji sahəsinə toxunan ABŞ Prezidenti nümunə kimi Böyük Britaniyanı göstərib. Onun sözlərinə görə, ölkə zəngin enerji ehtiyatlarına malik Şimal dənizinə sahib olmasına baxmayaraq, enerji tələbatının bir hissəsini hələ də Norveçdən idxal etməyə davam edir.

Əlaqəli Yazılar Xüsusi