Ev DünyaBrüsseldə narahatlıq artır: Ukrayna islahatları yerinə yetirə bilmir

Brüsseldə narahatlıq artır: Ukrayna islahatları yerinə yetirə bilmir

by Baş Redaktor
34 Baxış

Avropa İttifaqının Ukraynaya qarşı islahatlarla bağlı mövqeyi daha sərtləşir.

Army.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Bildirilib ki, Brüssel Kiyevin hüququn aliliyi, məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi sahələrində tələb olunan dəyişiklikləri ləng həyata keçirməsindən narahatdır:

“Bəzi vacib qanunvericilik addımlarının qəbulunda irəliləyişin olmaması maliyyə dəstəyinin davam etdirilməsi üçün maneə yarada bilərdi. Buna baxmayaraq, Avropa İttifaqı iyunun əvvəlində Ukraynaya növbəti kredit tranşını ayırıb.

banner

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Aİ üçün Kiyevi açıq şəkildə tənqid etmək asan deyil. Buna görə də təsir mexanizmləri daha çox diplomatik və qeyri-aşkar formada tətbiq olunur. Bu ehtiyatlı yanaşma davam edərsə, Ukraynanın real və dərin islahatlar həyata keçirməsi çətinləşə bilər”.

Əlaqəli Yazılar Xüsusi