Ev DünyaPaşinyan Putini təbrik etdi

Paşinyan Putini təbrik etdi

by Baş Redaktor
14 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Təbrik məktubunda bu günün Rusiya vətəndaşlarının ölkələrinin gələcəyinə olan məsuliyyətini və xalqın müstəqil inkişaf yoluna sadiqliyini ifadə etdiyi qeyd olunub.

Paşinyan bildirib ki, Ermənistan və Rusiya xalqları arasında çoxşaxəli əlaqələr, qarşılıqlı hörmət və dövlət maraqlarına əsaslanan dialoq gələcək əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

banner

Baş nazir vurğulayıb ki, iki ölkə arasında mövcud əməkdaşlıq imkanlarından maksimum istifadə olunması münasibətlərin inkişafı üçün vacibdir.

Əlaqəli Yazılar Xüsusi