Ev DünyaMakrondan qəti bəyanat: “Rusiyanın təcavüzü cavabsız qalmayacaq”

Makrondan qəti bəyanat: “Rusiyanın təcavüzü cavabsız qalmayacaq”

by Baş Redaktor
159 Baxış

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Kiyev və ətraf bölgələrə son hücumlarını pisləyərək, Moskvaya qarşı sanksiya təzyiqlərinin daha da gücləndiriləcəyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə Makron X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib.

“Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə dinc sakinləri hədəfə alması qəbuledilməzdir və terror siyasətinin davamıdır. Hər yeni hücum Rusiyanın təcavüzə və törətdiyi cinayətlərə görə məsuliyyət daşımalı olduğunu bir daha göstərir. Fransa Ukraynanın yanında olmağa davam edəcək və nə təzyiqlərə, nə də yorğunluğa boyun əyməyəcək. Avropa İttifaqı və tərəfdaş ölkələr Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynanın özünü və əhalisini müdafiə edə bilməsi üçün hərbi dəstəyi də artıracaqlar”.

Əlaqəli Yazılar Xüsusi