Ev Hərbi XəbərlərABŞ və Ukrayna arasında “Patriot” layihəsi üzrə danışıqlar dayanmayıb

ABŞ və Ukrayna arasında “Patriot” layihəsi üzrə danışıqlar dayanmayıb

by Baş Redaktor
68 Baxış

ABŞ Prezidenti Donald Trampın son bəyanatları fərqli təsəvvür yaratsa da, Vaşinqtonun Ukraynada “Patriot” PAC-3 zenit-raket komplekslərinin istehsalı ilə bağlı müzakirələri davam etdirdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məsələ ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, hazırda əsas müzakirə olunan variantlardan biri “Patriot” sisteminin ayrı-ayrı hissələrinin Ukraynada hazırlanması, yekun montajın isə Almaniyada həyata keçirilməsidir.

Bildirilir ki, danışıqlar çərçivəsində üç mümkün model nəzərdən keçirilir. Bunlardan biri komponentlərin Ukraynada istehsalı və Almaniyada yığılması, digəri Kiyevin ABŞ və Avropa ölkələrinin birgə “Patriot” istehsalı proqramına qoşulması, üçüncüsü isə Lockheed Martin şirkətinin təqdim etdiyi daha sərfəli PAC-3 Adapted Capability Effector (ACE) proqramında Ukraynanın iştirakıdır.

banner

Əlaqəli Yazılar Xüsusi