Polşada Ukrayna səmasında uçan raketlərin məhv edilməsi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.
Army.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Sikorski qeyd edib ki, əsas suallardan biri raketlərin Ukrayna ərazisi üzərində zərərsizləşdirilməsinin, onların daha sonra Polşa hava məkanına yaxınlaşmasından daha məqsədəuyğun olub-olmamasıdır.
“Bu, çox ciddi müzakirə tələb edən məsələdir və partiyalararası siyasi rəqabətin girovuna çevrilməməlidir”, – deyə nazir vurğulayıb.
Polşa XİN rəhbəri əlavə edib ki, hazırda Ukraynanın Rusiyanın ballistik raketlərinə qarşı tam müqavimət göstərmək imkanları məhduddur.
