Türkiyə Azərbaycan və Ermənistan arasında uzunmüddətli və davamlı sülhün əldə olunmasını dəstəkləyir.
Army.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, Cənubi Qafqazda baş verən proseslər Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Bu səbəbdən Ankara regionda sabitliyin və uzunmüddətli sülhün təmin olunmasını mühüm hesab edir.
Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış üçtərəfli razılaşmaya da toxunub. Nazir qeyd edib ki, sözügedən sənəd İranın və ya hər hansı digər ölkənin əleyhinə yönəlməyib.
