Ev DünyaQara dənizdə yeni plan: Türkiyə Rusiya və Ukraynanı eyni masaya gətirmək istəyir

Qara dənizdə yeni plan: Türkiyə Rusiya və Ukraynanı eyni masaya gətirmək istəyir

by Baş Redaktor
41 Baxış

Ankaranın Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə irəli sürdüyü mexanizm hazırda Rusiya və Ukrayna ilə müzakirə olunur.

Army.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti”yə açıqlamasında məlumat verib.

Mənbənin sözlərinə görə, Ankara hələlik nə Moskva, nə də Kiyevlə bu məsələ üzrə yekun razılığa gələ bilib. Təklif olunan mexanizmin əsas detalları üzərində müzakirələr davam edir və konkret razılaşma hələ əldə olunmayıb.

Məsələ ilə bağlı daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıqlama vermişdi. O bildirmişdi ki, Ankara Rusiya və Ukraynaya Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların qarşısını almağa yönəlmiş xüsusi mexanizm yaradılmasını təklif edib.

banner

Əlaqəli Yazılar Xüsusi