Ev Dünyaİran Ukraynadan təzminat tələb etdi: “Özümüz buna nail olacağıq”

İran Ukraynadan təzminat tələb etdi: “Özümüz buna nail olacağıq”

by Baş Redaktor
34 Baxış

İran Ukrayna tərəfinin Xəzər dənizində gəmiyə hücum nəticəsində dəydiyi bildirilən zərəri kompensasiya etməsini tələb edib.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi məlumat verib.

“Tehran hadisənin təsadüfən baş verdiyinə dair Ukraynanın açıqlamalarını inandırıcı hesab etmir. İran Ukrayna tərəfinin təqdim etdiyi izahatları dinləyib, lakin həmin açıqlamalar məsuliyyətdən yayınmaq üçün kifayət etmir. Ukrayna baş vermiş insident nəticəsində yaranan zərəri ödəməlidir.
Kiyev kompensasiyanı könüllü şəkildə ödəməsə, Tehran zərərin qarşılanmasına nail olmaq üçün müstəqil addımlar atacaq”, – deyə o bildirib.

Əlaqəli Yazılar Xüsusi