“ABŞ-ın İranla davam edən münaqişə fonunda hərbi imkanları və səbri getdikcə azalır”.
Army.az xəbər verir ki, bunu Milli təhlükəsizlik məsələləri üzrə ekspert və siyasi analitik Devid Sanger deyib.
O, İran tərəfinin ABŞ Prezidenti Donald Trampın münaqişədən çıxış yolu axtardığını düşündüyünü bildirib:
“Vaşinqtonun hərbi sursat ehtiyatları azalır, mümkün fəaliyyət variantları daralır və müharibənin uzanması ABŞ daxilində səbrin tükənməsinə səbəb olur. Döyüşlərin artıq altıncı ayına keçməsi Trampı Hörmüz boğazının açılması üçün çıxış yolu axtarmağa vadar edir. ABŞ prezidenti bununla müharibədə qələbə elan edib hərbi əməliyyatları başa çatdırmaq istəyir”.
