ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun vəzifəsindən kənarlaşdırılmasının yanlış qərar olacağını bildirib.
Army.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında FIFA rəhbərinin fəaliyyətinə münasibət bildirərkən danışıb. O, İnfantinonun işini yüksək qiymətləndirərək onun qurumun rəhbəri kimi uğurlu fəaliyyət göstərdiyini vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, FIFA rəhbərliyinin İnfantinonun dəyişdirilməsi ilə bağlı qərar verməsi ciddi səhv olardı. Trampın sözlərinə görə, İnfantinonun rəhbərliyi altında keçirilən dünya çempionatı əvvəlki turnirlərlə müqayisədə daha uğurlu nəticə göstərib.