Ev DünyaSanksiyalar necə pozulub? Rusiyaya milyonlarla avadanlıq göndərən şəbəkə üzə çıxdı

Sanksiyalar necə pozulub? Rusiyaya milyonlarla avadanlıq göndərən şəbəkə üzə çıxdı

by Baş Redaktor
56 Baxış

Avstriya hakimiyyəti 2022-ci ildən etibarən Avropadan Rusiyanın silah istehsalçılarına ümumi dəyəri 3,3 milyon avrodan çox olan sənaye avadanlıqlarının göndərilməsini təşkil edən şəbəkəni ifşa edib.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, mərkəzi Vyanada yerləşən şirkət müxtəlif ölkələrdə yaradılmış şirkət-örtüklərdən istifadə edib. Sanksiyalardan yayınmaq üçün avadanlıqların son istifadəçisini göstərən saxta sertifikatlardan da yararlanıldığı bildirilir.

Araşdırmaya əsasən, Rusiyaya çatdırılan avadanlıqların bir hissəsi raket və qırıcı təyyarələr üçün mühərriklərin istehsalında istifadə olunub.

banner

Əlaqəli Yazılar Xüsusi