Ev DünyaTayvan yaxınlığında hərbi təlim: Çin və İndoneziya bir araya gəlir

Tayvan yaxınlığında hərbi təlim: Çin və İndoneziya bir araya gəlir

by Baş Redaktor
55 Baxış

Çin və İndoneziyanın hərbi dəniz qüvvələri avqustun ortalarında Tayvan adasının yaxınlığında birgə təlimlərə qatılacaq.

Army.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) ölkənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təlimlər çərçivəsində hər iki ölkənin donanmalarına məxsus freqatlar müxtəlif dəniz manevrlərini icra edəcək. Təlim proqramına rabitə əlaqələrinin qurulması və saxlanılması, eləcə də dənizdə maddi-texniki təminat və ehtiyatların doldurulması üzrə əməliyyatlar daxil olacaq.

Təlimlərin keçirilməsi iki ölkənin hərbi dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyət və koordinasiya imkanlarının artırılmasına yönəlib.

banner

Əlaqəli Yazılar Xüsusi