Ev Hərbi XəbərlərZelenski yeni sülh planının hazırlandığını açıqladı

Zelenski yeni sülh planının hazırlandığını açıqladı

by Baş Redaktor
37 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ukrayna böhranının sülh yolu ilə həlli üzrə yeni təklifin hazırlandığını açıqlayıb.

Army.az xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində danışıb.

Jurnalist Zelenskidən soruşub ki, söhbət tamamilə sıfırdan hazırlanmış yeni plandan gedir, yoxsa mövcud plana müəyyən düzəlişlər edilib.

“Detallara varmaq istəmirəm. Sülh planında ABŞ tərəfinin daha böyük iştirakına ehtiyacımız var. Prezident Trampın komandasına bu prosesi davam etdirmək istədikləri üçün təşəkkür edirəm”, – deyə Zelenski bildirib

banner

Əlaqəli Yazılar Xüsusi