İran Hörmüz boğazı üzərində nəzarətin tam şəkildə öz Silahlı Qüvvələrinin əlində olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, SEPAH-ın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ-nin gəmilərin boğazdan sərbəst keçməsi ilə bağlı açıqlamalarını rədd edib.
Zülfüqarinin sözlərinə görə, Vaşinqtonun bu istiqamətdə səsləndirdiyi fikirlər ABŞ ordusunun real vəziyyətini əks etdirmir və “yalan və uydurmadan” ibarətdir.
SEPAH nümayəndəsi bildirib ki, Hörmüz boğazı İran İslam Respublikasının tam nəzarəti və idarəçiliyi altındadır. Onun iddiasına görə, heç bir ticarət gəmisi və ya neft tankeri İran Silahlı Qüvvələrinin razılığı və nəzarəti olmadan boğazdan təhlükəsiz şəkildə keçə bilməz.
