İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirilən hava əməliyyatı zamanı HƏMAS-ın bölük komandirlərindən biri Məhəmməd Bassam Müştehinin öldürüldüyünü açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Müştehi 7 oktyabr hücumunda iştirak edib və İsrail vətəndaşlarının girov götürülməsində rol oynayıb. İsrail ordusu onun HƏMAS-ın “Əş-Şati” batalyonunda bölük komandiri olduğunu bildirib. Müştehi son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı yeni hücumların hazırlanmasında iştirak edib.
İsrail ordusunun məlumatına əsasən, Müştehi iyulun 30-da Qəzzada keçirilən hava zərbəsi nəticəsində ağır yaralanıb və aldığı xəsarətlərdən bir neçə gün sonra həyatını itirib.
