Hindistan yaxın illərdə nüvə energetikası sahəsində böyük genişlənməyə hazırlaşır. Ölkə cari onilliyin sonunadək beş yeni nüvə reaktorunun fəaliyyətə başlamasını planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi Müstəqillik Günü münasibətilə çıxışında bildirib.
Bildirilib ki, nüvə enerjisinin inkişafı ölkənin uzunmüddətli enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biridir:
“Yeni Dehli 2047-ci ilədək nüvə energetikasının ümumi gücünü 100 giqavata çatdırmağı qarşıya məqsəd qoyub. Hindistan 2026-cı ildə sürətli neytron reaktor texnologiyasının inkişafında mühüm irəliləyiş əldə edib”.
Baş nazir bunu ölkənin nüvə yanacağı baxımından xarici asılılığını azaltmaq yolunda əhəmiyyətli mərhələ kimi qiymətləndirib.
O, həmçinin dənizdə enerji resurslarının axtarışı və kəşfiyyatı sahəsində əldə olunan yeni nəticələrdən danışıb.
